Sanksiya siyahısına İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Korpusunun komandiri Seyid Ağacani və maddi-texniki təchizatdan məsul olan yüksək rütbəli zabit Xocatola Goreişi daxildir.
BMT-də də Rusiyaya dron-kamikadze verdiyinə görə İrana qarşı sanksiyalar hazırlanır. İlk olaraq Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bu ölkənin silah satışı məhdudlaşdırılıb. Növbəti mərhələdə İranın yüksək texnologiyalardan məhrum edilməsi, neftdən başqa mühüm ixrac sahələrinə, o cümlədən fərdi şəxslərə sanksiyalar qoyulması, maliyyə qadağalarının sərtləşdirilməsi gündəmdədir.