Vaxt.Az

“Milyonluq” iş


 

“Mobil notariat” zəruri olan çoxsaylı məlumatları inteqrasiya edib

“Milyonluq” iş Ötən günlər Azərbaycanın rəqəmsal dünyası üçün əhəmiyyətli bir hadisə baş versə də cəmiyyətin diqqətini elə də cəlb etməyib.

Azərbaycanın ən faydalı rəqəmsal hökumət həlli olan “Mobil notariat”da əhəmiyyətli bir yenilik edilib.

Artıq milyonlarla əmlaka sahib olan Azərbaycan vətəndaşının  öz daşınmaz əmlakı üzərində istənilən hərəkətləri etmək üçün fiziki olaraq iştirakına ehtiyac yoxdur.

Yəni Azərbaycan vətəndaşı əmlakı üzərində hansısa sərəncam verilməsi üçün,  almaq, satmaq, bağışlamaq və s. üçün dünyanın istənilən yerindən “Mobil notariat” vasitəsilə başqa birisinə  etibarnamə verə bilər.

Çox uğurlu və olduqca faydalı bir işdir.

Onlayn mühitdə bu tip əməliyyatları gerçəkləşdirmək üçün Ədliyyə Nazirliyi, Notarial qurum şübhəsiz ki, xeyli sayda hökumət məlumatlarına (data) sahib olmalıdır.

Görünür ki , qurum digər əlaqəli dövlət qurumları ilə, “eGov” Mərkəzi ilə birgə, xidməti göstərmək üçün zəruri olan çoxsaylı məlumatları inteqrasiya edə biliblər.

Bildiyim qədər, Ədliyyə Nazirliyi növbəti mərhələdə yalnız  etibarnamə ilə deyil, birbaşa vətəndaşlar arasında “Mobil notariat” vasitəsilə real vaxtda alqı-satqı prosesini gerçəkləşdirmək imkanın yaradılmasını nəzərdə tutub.

Ədliyyə Nazirliyinin, qurumun İT komandasının və dövlət-özəl tərəfdaşlıq çərçivəsində çalışan “Crocusoft” şirkətinin rəqəmsal transformasiya sahəsindəki fəaliyyəti təqdirə layiqdir.

 





20.10.2022    çap et  çap et