Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professor hesab edir ki, quru sərhədlər və qapalı məkanlarla bağlı məhdudiyyətlər qüvvədə qala bilər: “Bunlar hamısı epidemioloji vəziyyətdən asılıdır. Hər şey ləğv edilə də, sərtləşdirilə də bilər. Lakin sərtləşdirmələrin olacağını düşünmürəm. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nə qədər ki, pandemiyanın sonunu elan etməyib, o qədər karantin rejimi qalacaq.
Hesab edirəm ki, pandemiya sonuna, öz qürubuna doğru gedir. Azərbaycan reallığında kollektiv immunitetin formalaşması ağır nəticələrə səbəb olacaq xüsusi dalğaların yaranmasını da mümkün etmir. Avqust-sentyabr aylarında yoluxmalar zamanı da gördük ki, ölüm və ağırlaşma sayı xeyli aşağı olub. Bu vəziyyət virusun zəiflədiyini və pandemiyanın sona doğru getdiyini göstərir”. (baku.ws)