ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Prays İrəvana gedib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Misal üçün qatı ermənipərəst konqresmen Frenk Pallone son açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır, ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir. Amerikalılar Nikol Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da tərkinə təşviq etməyə çalışırlar. Paşinyan üçün təhlükəli gedişatdır. Çünki Paşinyan anlayır ki,
1. Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək;
2. Rusiyanın yerinə ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil.