Həmçinin bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;
Ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Qaydalarda eyni zamanda şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, dikdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksessuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.
Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunur. (APA)