Vaxt.Az

“Ayətullalar iflic olub”


 

“İranda indiki vəziyyət şah hakimiyyətinin son ilinə bənzəyir”

“Ayətullalar iflic olub” Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri və ölkənin BMT-dəki keçmiş səfiri Con Bolton deyib ki, İran rejimi 1979-cu il inqilabından sonra həmişəkindən daha çox “avtokratik” olub və daxili təzyiq altındadır.

Bolton 19 oktyabr tarixində “Daily Telegraph” qəzetində “İranın avtokratik ayətullahları yıxılmaq üzrədirmi?” başlıqlı məqaləsində iranlı etirazçıların sistem dəyişikliyi strategiyalarında seçim və koordinasiyaya doğru getməli olduğu yazıb.

İranın etnik bölgələri arasında etirazların yayılmasını vurğulayan  amerikalı diplomat xatırladıb ki, bu qiyam təkcə təhsilli və şəhərli təbəqələr arasında deyil, həm də marjinal və kənd yerlərində davam edir.

“Rejim etirazçılara vəhşicəsinə cavab verib, ancaq görünən odur ki, ayətullalar da nümayişçilərin miqyası və qorxmazlığı qarşısında iflic olublar”, – deyə, yazan Con Bolton Tehran hökumətinin çaşqın vəziyyətdə olduğunu bildirib.

O, İslam Respublikası sisteminin ideoloji sütunlarından biri olan məcburi hicaba müxalifliyin inqilabın formalaşmasını sürətləndirdiyinə işarə edərək, rejim müxaliflərindən fikir ayrılıqlarını bir kənara qoymalarını istəyib.

Boltonun sözlərinə görə, rejim dəyişikliyi strategiyasına indi qərar verilməsə, bu qiyam İran İslam Respublikasının tarixində növbəti etiraz aksiyasına çevriləcək.

Amerikalı diplomat neft-kimya kimi həyati əhəmiyyət kəsb edən sənayelərdə işçi tətillərinin başlanmasına toxunaraq, İranın hazırkı vəziyyətini Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətinin son ili ilə müqayisə edib.

“Çoxlarının yadındadır ki, 1978-79-cu illərdə neftçilərin şaha qarşı üsyanı onun dövrünün başa çatmasından xəbər verirdi. Əgər mühüm neft-kimya sənayesində narazılıq artarsa ​​və əhəmiyyətli hasilatı dayandırarsa, İran hökuməti iflic vəziyyətinə düşəcək”, – deyə, Con Bolton qeyd edib.

 





20.10.2022    çap et  çap et