Vaxt.Az
Ermənistan ittifaqa can atır
İrəvan may ayında razılaşmanı imzalayacaq
Ermənistan 2015-ci ilin yanvarından Kremlin layihəsi kimi reallaşması gözlənilən Avrasiya İttifaqına qoşulmaq niyyətindədir. Modern.az saytı «Armtoday»a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Savaş Koçaryan məlumat verib. Onun sözlərinə görə bu ilin may ayında Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün razılaşmaya imza atacaq.
XİN rəsmisi bildirib ki, Ermənistan
sözügedən layihəyə qoşularsa, o zaman böyük üstünlüklər qazanacaq. Nazir
müavini onu da qeyd edib ki, rəsmi Yerevanın Avrasiya Birliyinə qəbulu
Ermənistanda köklü islahatların aparılması üçün stimuldur.
Erməni diplomat
söyləyib ki, məsələ parlamentdə də müzakirəyə çıxarılacaq.
29.03.2014 çap et