10 noyabr sənədinə görə, bu yola Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti nəzarət etməlidir.
Paşinyanın təklifi ilk baxışdan cazib görünür, amma reallıqla əlaqəsi yoxdur.
Əvvəla, 10 noyabr sənədinin bir bəndi tərəflərin razılığı ilə qüvvədən düşürsə, bütövlükdə o sənəd mahiyyətini itirir. Bu, nə Azərbaycana, nə də Rusiyaya sərf eləmir. Çünki Bakı o sənədi kapituliyasiya aktı adlandırır və Ermənistanın orada başqa öhdəlikləri də var. Rusiyanın bölgədə ordu saxlaması bu sənədlə müəyyən olunub, ümumiyyətlə münaqişədə hüquqi baxımdan tərəf kimi iştirakını 10 noyabr bəyanatı tənzimləyir.
İkincisi, Azərbaycan Naxçıvana yolun Ermənistan qanunları çərçivəsində açılmasını qəbul etmir, Laçın dəhlizinin statusuna bərabər Zəngəzur dəhlizinin açılmasını tələb edir.
Son bir həftədə bu, Paşinyanın Rusiyaya qarşı ikinci demarşıdır. Bundan əvvəl KTMT müşahidəçilərinin sərhəddə yerləşdirilməsi təklifinə cavab vermədi. Amma Aİ mülki müşahidəçiləri artıq sərhəddədir, üstəlik ATƏT-də müraciət edib ki, siz də müşahidəçi göndərin.
Yaxın zamanlarda Qarabağda “vurhavur” başlaya bilər, arxasınca İrəvanda.