Bu ilin sonunadək sülh müqaviləsi imzalanacaq. Hazırda rusiyalı sülhməramlıların nəzarətində olan, daha doğrusu, separatçı və terrorçu ermənilərin kontrolunda olan ərazilərin istisnasız olaraq HAMISI Azərbaycanın yurisdiksiyasına qaytarılacaq.
Taleləri ilə barışan və reallığı qəbul edən ermənilər Azərbaycan pasportu alaraq yaşamağa davam edə bilərlər.
İstəməyənlər Laçın dəhlizi ilə köçüb gedəcəklər.
Rusiyanın sülhməramlı kontingenti 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək.
Ermənistan və Rusiya indi özləri üçün hadisələri “ən pis”, “pis” və “nisbətən pis” variantları arasında seçim etmək məcburiyyətindədir.
... Rusiyalı sülhməramlıların ölkəmizdən çıxacağına şübhəsi olanlar AzTV-nin efirində dünən ilk dəfə səslənən və Rusiyanın aşkar şəkildə “işğalçı dövlət” adlandırıldığı redaksiya təhlilinə bir də baxa bilərlər.
Ölkəmizə qarşı oynanan oyunu bitiririk. Bu, nə pafos, nə bəlağət, nə də arzulalanları reallıq kimi qələmə verməkdir.
Hadisələr sürətlə bir-birini sıralayır və situasiya ümumən xeyrimizədir.
Ordumuz da 2020-ci ilin ordusu deyil hətta: yeni və ən müasir silahlar, texnika, vasitələr alınıb, alınır və alınmağa davam edəcək. Ordumuz bütünlüklə Türkiyə – oxu, NATO – standartlarına və sisteminə keçidə başlayıb.
Düşmənlə onu dəstəkləyən qüvvələrin kiçik taktiki gedişlərinə yox, Bakının strategiyasına baxmaq gərək.