Vaxt.Az

Ukrayna sərhədində 50 min hərbçi


 

Amerika kəşfiyyatı isə rəqəmin 30 min olduğunu deyir

Ukrayna sərhədində 50 min hərbçi Rusiya Ukrayna ilə sərhədə 50 min hərbçi yığıb. ANS PRESS-in məlumatına görə, bunu hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk öz «facebook» səhifəsində yazıb.

O, həmçinin bildirib ki, Rusiya zirehli texnikaları yüklənmiş qatarlar da sərhədə yaxınlaşmaqdadırlar. «10 min - bu sərhədin özündəki hərbçilərin sayıdır. Ukrayna rəsmiləri sərhədboyu 100 min rus hərbçisinin olduğunu, Amerika kəşfiyyatı isə 30 mindən çox rəqəmi desələr də biz hesab edirik ki, Rusiya-Ukrayna sərhədində 50 min hərbçi var», - deyə Dmitri Tımçuk bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Obama bu gün Putinlə Ukrayna problemlərinin sülh yolu ilə həlli haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Vladimir Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb.

Ağ evdən bildirilib ki, prezident Obama Rusiyanın konkret olaraq diplomatik böhranla bağlı təkliflər hazırlamasını istəyib. Daha sonra prezidentlər razılaşıb ki, Kerri və Lavrov növbəti addımları müzakirə etmək üçün görüşsün.

BMT baş katibi Ban Ki Mun isə Putinin ona Rusiyanın Ukraynaya qarşı heç bir hərbi müdaxilə niyyəti yoxdur dediyini bildirib.

 





29.03.2014    çap et  çap et