Amma potensial dəfələrlə çoxdur. Ona görə ki, həm qonşudur, həm də digər qonşularla müqayisə də Azərbaycana qarşı elə də qərəzli davranmır. Həm də ona görə ki, Şərq-Qərb dəhlizinin hər üçün marşrutu Azərbaycandan sonra Gürcüstandan keçir. Eyni zaman da Bakı Ticarət Limanın illik 15 milyon tonluq yük keçirmə qabiliyyəti, 25 milyona qədər artırılacaq. Yəni, hansı istiqamətə baxsaq münbit şərait var ki, əlaqələr genişlənməli, ticari dövriyyə yüksəlsin.
Hazırkı, məqamda cənab Prezident İlham Əliyevin Gürcüstana səfər etməsi düşünürəm ki, təkcə ticari dövriyyəyə və iqtisadi əlaqələrin yüksəlməsinə deyil, eyni zaman da Zəngəzur dəhlizinin Gürcüstan üçün təsirlərinə toxunmaq üçün də münasib fürsət idi.
Çünki Gürcüstan tərəfi açıq etiraf etməsə də, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın Gürcüstandan asılılığının artmasına imkan verməyəcək. Sülh müqaviləsindən sonra yeni tranzit layihələr bura yönələcək və bu da Gürcüstanı təbii ki, məmnun etməyəcək. Amma bu dəhlizin Gürcüstana qazandıracaq dividentləri də olacaq. Buna görə də ölkələr arasında yüksək səviyyəli görüşlərin keçirilməsinə və münasibətlərin isti saxlanılmasına böyük ehtiyac vardı.