Vaxt.Az

Son 10 ilin ən fenomenal yarışı


 

Verstappen pilotaj anlayışını başqa səviyyəyə daşıyıb

Son 10 ilin ən fenomenal yarışı Gecədən Verstappenin qələbəsinə min cür bəhanə gətirilə bilər. Əlbəttə, maşın güclü ola bilər, amma pilotdan da çox şey asılıdır. Lekler yarışın ilk dövrələrində özündən 1 saniyə yavaş rəqiblərini keçə bilmirdi. Amma Verstappen ilk üçlükdə olan iki rəqibini keçib, üstəlik 5 saniyə fərq açır. Bu əfsanə deyilsə, bəs nədir? Əfsanə olmaq üçün yeddi dəfə Dünya çempionu olmaq lazım deyil. Məsələn, Mansell bir dəfə çempion olub, amma adama əfsanə deyirlər.

2018-ci ilin ABŞ yarışında Hamilton sürətli maşınla Raikkonenə heç nə edə bilmədi. Verstappenə dəli danalar kimi hücumlar elədi, keçə bilmədi. Əvvəl də Raikkoneni keçə bilməmişdi.

Tamam, siz deyən olsun. Verstappen sürətli maşınla qazanır? Onda Hamiltonun 2014, 2015, 2019 və 2020 çempionluqları, Sennanın da 1988-ci ildəki ləğv olunsun.

Haradan baxsaq, Verstappen ideal hücumlar elədi. Maks pilotaj anlayışını başqa səviyyəyə daşıyıb.

***

Dünən Diter Mateşiç dünyasını dəyişdi. Bu gün Verstappenin ifasında fenomenal qələbəsi “Red Bull”a beşinci konstruktorlar çempionluğunu gətirdi. Bir hadisə ancaq bu qədər gözəl ola bilərdi.

Hamı sənə “enerji içkisi” deyə lağ etsin, Sənsə pitdə 10 saniyədən çox ləngisən də, trasda avtomobil dünyasının iki nəhəngi “Ferrari” ilə “Mercedes”i keç və üstünə 5 saniyə fərq at və qələbə qazan. “Red Bull” komandasının 17 illik tarixində ən fenomenal qələbəsi, son 10 ilin ən fenomenal yarışı idi. Sadəcə möhtəşəm!

 





24.10.2022    çap et  çap et