Vaxt.Az

Dünyanın 7-ci iqtisadiyyatı


 

Türk dövlətləri yaxınlaşdıqca düşmənlər narahat olur

Dünyanın 7-ci iqtisadiyyatı Azərbaycan Rusiyaya nota verib. İran diplomatları isə Qafanda ermənilər ilə “qardaşlıq” musiqisi altında rəqs edirlər. Azərbaycanın zəfəri regionda çoxlarını narahat etməkdədir. Amma məsələ eyni zamanda bütövlükdə Türk dünyasının güclənməsi ilə bağlıdır. Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alırsa, İran kanalları Türkiyəni də yaddan çıxartmırlar.

Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevrilincə ənənəvi Türk düşmənləri daha aktivləşirlər. Məsələ sadədir: əgər Türk ölkələri vahid bir dövlət olsaydı, o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP)  nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan  596,7 milyard, Özbəkistan 334.3 milyard,  Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdirlər.

Strateji coğrafi yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Bu güc bəzilərini narahat etməkdədir. Amma Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da.

 





24.10.2022    çap et  çap et