Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA»-ya verilən məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir.
Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.