NATO-nun İrana qarşı koalisiyada yer alması üçün ABŞ-ın bu prosesə qoşulması lazımdır. Digər tərəfdən bu proses beynəlxalq hüquq çərçivəsində olmalıdır. Buna görə də İsrail prezidenti İshaq Hersoq İranın Ukraynaya qarşı təcavüzdə iştirakını təsdiq edən sübutları ABŞ prezidentinə verib. İsrail bu məlumatları Ukraynaya da verib. Bu sübutlar İranın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozduğunu təsdiq edir. Sanksiyaları pozması isə İrana qarşı hərbi əməliyyatlar üçün hüquqi əsasdır.
İsrail prezidenti İshaq Hersoq Co Baydenin diqqətinə çatdırıb ki, oktyabrın 26-ı “hicabı səhv geyindiyi” üçün İran polisi tərəfindən öldürülən Məhsa Əmininin ölümünün 40-cı günüdür. İsrail prezidenti deyib ki, Məhsa Əminiyə qarşı baş verən sui-qəsd İran rejiminin cinayətkar mahiyyətinin növbəti sübutudur.
ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail olmasaydı, onu icad etmək lazım olardı.
İsrailə Ukrayna arasında da artıq əməkdaşlıq başlayıb. Bu isə İrana qarşı geniş koalisiyanın yaranacağı ehtimalını kəskin artırır.
Belə bir fikir də var ki, İranın zərərsizləşdirilməsi Rusiya üçün Ukraynadakı hərbi məğlubiyyətdən daha böyük təsirə səbəb olacaq.