Azərbaycan müstəqillik illərinə ilkin qədəm qoyan zaman ölkədə “Yeni Fikir” adlı qəzet nəşr edilirdi. Mən Azərbaycan mühacirət tarixi mövzusunda tədqiqat aparan zaman burda belə bir yazı rastıma çıxdı. “BİZ SİZİNLƏ EYNİ KÖKDƏNİK”.
Yazıda Amerikanın yerli sakinləri olan hinduların nümayəndəsi, Nyu-Yorklu Cek Rassinqin Bakıya göndərdiyi məktub rastıma çıxmışdı. Öz tayfası mohavaklar barəsində söz açan Con Rassinq məktubda qeyd edir:
“Mənim tayfam olan mohavaklar barədə mövcud rəvayətlərə əsaslanaraq bildirmək isərdim ki, tayfamızın mənşəyi “Yer kürəsinin o biri tərəfindən” gəlmədir. Antropoloji dəlillərə əsaslanaraq ehtimal etmək olar ki, biz bura əlli min əvvəl Azərbaycandan Berinq boğazı yanından köçüb gəlmişik, onlar Xəzər sahillərindən köçə başlayaraq Sibir, Qazaxıstan və Özbəkistan ərazilərindən keçərək indiki ərazilərdə məskunlaşıblar. İndi də bizdə Azərbaycan xalqının adətləri və sözləri ilə oxşarlıqlar qalmaqdadır və bizim aramızda müəyyən etnik uyğunluq var”
Bu barədə geniş araşdırma aparmaq lazımdır. Lakin o zaman alimlərdən Qara Namazov, Nazim Rizvan bu məktubu tədqiq edib öz kitablarında geniş yazı veriblər. Amma mən də qısa olaraq belə araşdırma etdim. Bu mövzu bizim üçün təzə deyil. milli şüurunun oyanmasında böyük rolu olan Ə.Hüseynzadə bu məsələyə böyük diqqət göstərib, bununla bağlı Azərbaycan mətbuatında məqalələrlə çıxış edib, fikirlərini geniş ictimaiyyətə çatdırıb. O, hələ 1905-ci ildə “Həyat” qəzetində “Xristofor Kolumbmu, yoxsa türklərmi?”, 1906-cı ildə isə “Amerika vəkillərinə mülaqiat” məqalələrində Meksikada yaşayan hindu qəbilələrinin türk mənşəli olmasına dair Fransada çıxan “Fiqaro” qəzetindəki materiala istinad edərək türklərin Kolumbdan əvvəl artıq Amerikanı kəşf edib orada məskunlaşdıqlarından bəhs edirdi. Hər halda böyük Əli bəy Hüseynzadə bu fikri müxtəlif mənbələrə istinadən yazıb.
Keçək digər məsələyə. Doğurdanmı bu belədir ?
1638-ci ildə qardaşı ilə Amerikaya gələn ingilis C.Cosselin də Şimali Amerika hindularının dillərinin türk dillərinə oxşadığını qeyd edirdi. Bir müddət siu-xoka hinduları arasında yaşayan C.Cosselin Londona döndükdən sonra 1672-ci ildə çap etdirdiyi “Yeni İngiltərənin nadir yönləri” adlı kitabında yazır ki, onlar görkəmlərinə, hərəkət və adətlərinə görə türk dilində danışan “tatar”ları xatırladırlar.
Sözsüz ki, müasir hindu dillərinin heç birisi həqiqi türk dili deyil və bu söz oxşarlıqları təsadüfi də ola bilər. Lakin dil qohumluğuna şübhə etmək olsa da, qan qohumluğu şəkksizdir. Məhz bu qohumluğa görə hər iki bölgədə yaşayan insanların Y xromosomunda Q haploqrupu mövcuddur
Oreqon əyalətində yaşayan Klamaz (Klamath) “Qırmızıdərililər”i Britaniya Kolumbiyası və Vaşinqtonda yaşayan Kuteni (Kooteney) “Qırmızıdərililər”i arasında böyük sel, tufan və ulu babalarının Amerikaya “Günəşin Ölkəsi”ndən gəldiyi haqqında əfsanələr dolaşır.
Tədqiqatçı Ceyms Çörçvard (James Churchward) Amerika və Avropa tədqiqatçılarının ”Amerika yerliləri sayılan xalqlar uzun zaman bundan öncə bu qitəyə Berinq Boğazı vasitəsilə quru yoldan Asiya qitəsindən gəlmişdilər” tezisini qəbul edir.
Çoxları deyə bilər ki, necə ola bilər onlar axı antropoloji cəhətdən bizə oxşamırlar. Haqlıdırlar. Amma elm deyir ki, İstənilən bir irqin, irqi tipin formalaşması üçün 3 mühüm amil var: Birincisi, həmin insan toplusunun təcrid olunması, yəni təcrid olunma nəticəsində insanlarda fərqli antropoloji görünüş meydana çıxa bilər. İkincisi, adaptasiya, yəni təbiətə uyğunlaşmadır. Üçüncüsü isə metizasiya, yəni mələzləşmədir. Hindular bu prosesin üçünü də keçiblər. Lakin hinduların ilk görünüşləri, yəni avropalılarla tanışlığa qədərki dövrləri barədə ancaq bu bölgədə yaranmış mədəniyyətlərdən dövrümüzə qədər gəlib çatan şəkillər vasitəsilə fikir yürüdə bilərik.
DNT analizləri hər iki qrupun eyni genetik kökə aid olduğunu müəyyənləşdirib. Bu haqda “Daily Mail” qəzeti yazır. Tədqiqatların nəticəsi göstərir ki, genetik köklərin bir-birindən ayrılması 13-14 min il əvvələ təsadüf edir. Hinduların ulu babaları 15-20 min il əvvəl Berinq boğazını keçərək Amerikada yerləşiblər. Pensilvaniya universitetinin elmlər doktoru Teodor Şurr: “Bura elə bir yerdir ki, min illər boyu insanlar ora yerləşib və oradan köç ediblər. Bura köç edənlər arasında Amerika hindularının əcdadları da var. 20-25 min il əvvəl onlar öz genetik köklərini əvvəlcə Sibirin ucqarlarına, sonra Amerika qitəsinə gətiriblər”.
Davamı olacaq...