Podium isə elə startda formalaşdı – Luis Həmilton bir həmlə ilə komanda yoldaşı Corc Rasselli həm özü keçdi, həm də Serxio Peresin keçməsinə şərait yaratdı.
Yalnız yarışın ilk hissəsində Luisin qələbəyə namizəd olması ehtimalı var idi, amma pit stopdan sonra həm sürücü, həm komanda, həm də biz bu fikirdən əl üzdük.
Maks Ferstappen bu gün rəqiblərinə şans vermədi – əvvəlcə işlənmiş qırmızı təkərlərlə Luisin təzə sarı təkərləri tempində yarışa başladı, daha sonra isə təzə sarı təkərlərlə ikincinin təzə ağ təkərlərindən sürətli oldu. “RB18” təkərlərlə olduqca mükəmməl çalışır. Yekunda niderlandlı sürücü mövsümdə 14-cü qələbəsini qazanmaqla “Formula 1” tarixinin bir mövsümdə ən çox qələbə qazanan sürücüsü oldu. Xallarının sayını 416-ya çatdırmaq bir mövsümdə ən çox xal qazanan da Maks oldu. Mövsüm hələ başa çatmayıb, qarşıda iki yarış və “Red Bull” da mövsümdə ən çox xal toplayan komanda ola bilər.
Luis bu gün yenə də əlindən gələni etdi – komanda yoldaşını keçdi və “Red Bull” sürücülərindən birini qabaqladı. Yekunda 190-cı podiumunu qazandı.
Serxio da yenə azarkeşlərini sevindirdi – podium eynilə keçənilki yarışı xatırlatdı. Atası da bayraqla burada idi, ailəsi də.
Corcun gücü ancaq yenə də sürətli dövrəyə çatdı.
Daniel Rikkardo fərqli strategiya ilə doğrudan da günün sürücüsü idi – günün uğursuzu isə Fernando Alonsodur...