Vaxt.Az

Soçidə kim uduzdu, kim uddu?


 

Paşinyanı kim ovudacaq, ...

Soçidə kim uduzdu, kim uddu? Soçi Bəyənnaməsi Rusiyanın hazırkı “status-kvo”nu saxlamaq üçün cəhdidir. Son günlər Xankəndi aksiyası və Paşinyanın bu gün Putinlə görüşündə kağızdan oxuduğu tezislər onu göstərirdi ki, Moskva Brüssel danışıqları ilə son aylarda önə çıxmış “ilkin şərtlər olmadan sülh sazişi” tezisindən ciddi narahat olub.

Odur ki, Bakıya təzyiq etmək, sülh sazişini arxa plana atıb Qarabağı yenidən vitirinə çıxarmaq cəhdi var idi. 

İlham Əliyevin “Qarabağ məsələsi həll olunub” bəyanatı Soçi müzakirələrində Bakının əsas mesajı oldu. Bununla da Azərbaycan “yeni xanə”yə ehtiyac olmadığını, Brüssel prosesindən başlanan sülh prosesinin davam etdirilməsini tələb etdi. Putinin çıxışında “Birgə bəyanatda mütəxəssislərin əvvəlcədən hazırladıqları bir sıra məsələləri çıxarmalı olduq” sözləri buna işarə sayıla bilər. 

Qarabağ adının çəkilməməsi bunu göstərir. 

Bəyannamə bütövlükdə Moskvanın Azərbaycan və Ermənistan üzərində təsirini saxlamaq və problemin həllinə kənar gücləri buraxmamaq üçün də bir mesajıdır. Orada  1991-ci ilin Alma-Ata Bəyannaməsinə istinad isə Rusiyanın sərhəd delimitasiyası üçün SSRİ xəritələrinə istinadın marağında olduğunu göstərir. 

Bəyannamənin arzu etdiyi sülh sazişinin isə necə əldə olunacağını zaman göstərər.


 





01.11.2022    çap et  çap et