Bununla yanaşı Azərbaycan türklərinin xoşgörülü niyyətindən sui-istifadə edən hər iki rejim hakimiyyətləri dövründə davamlı olaraq Azərbaycanın tarixi ərazilərinə digər etnikləri yerləşdirməklə, orada demoqrafik dəyişim siyasəti yürüdüblər. Burada məqsəd Güney Azərbaycan ərazisini parçalamaqla onun coğrafi sərhədlərini məhdudlaşdırmaq, Qərbi Azərbaycanda türk millətini öz yurdundan köç etməyə zorlamaq, fars mərkəzli hakimiyyətdən asılılığı artırmaqdan ibarət olub.
Rəsmi bilgilərə görə son 50 ildə işğalçı fars faşist İran rejimləri tərəfindən düşünülmüş şəkildə Qərbi Azərbaycanın ayrı-ayrı şəhərlərində İraq vətəndaşı olan yüz minlərlə kürd yerləşdirilib. Bu olaylar Azərbaycan Türklərinin doğma torpaqlarından didərgin salınmaları və kütləvi şəkildə qətl edilmələri ilə həyata keçirilib. 1979-cu ildə terrorçu Əbdulrəhman Qasımlounun başçılığı ilə İran Kürdüstan Demokrat Partiyasına mənsub minlərlə kürt terrorçusunun mitinq adı altında Sulduz şəhərində Azərbaycan türklərinə qarşı törətdikləri qətliam buna danılmaz tarixi sübutdur. İnzibati ərazi bölğüsü adı altında işğalçı fars rejiminin apardığı siyasət nəticəsində Kirmanşah və Kürdüstan vilayəti kimi göstərilən ərazilərin böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları olduğu halda, rejim tərəfindən hərtərəfli dəstəklənən terrorçu İran Kürdüstan Demokrat Partiyası hələ də Azərbaycan türklərinin əzəli və tarixi torpaqlarına qarşı əsassız torpaq iddiaları irəli sürür. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, 28.10.2022-ci il tarixdə bu terrorçu qurum rəsmi “Twitter” hesabında növbəti dəfə Qərbi Azərbaycanın Urmiya şəhərini kürd şəhəri kimi göstərib. Güney Azərbaycana qarşı eyni təxribatçı torpaq iddiasını özünü insan haqları müdafiəçisi adlandıran kürdlərə aid “Hengaw” İnsan Hüquqları Təşkilatı da 21.9.2022-ci il tarixdə öz “Twitter” hesabında paylaşmışdı.
Biz Güney Azərbaycan Təşkilatları olaraq, bölgəmizdə terror təhlükəsini artıran, Güney Azərbaycanın qərb bölgəsində düşmənçilik zəminində terror fəaliyyəti aparan İran Kürdüstan Demokrat Partiyasının Güney Azərbaycana yönəlik yayılmacı torpaq iddiaları və silahlı terror fəaliyyətinə son qoymasının, ayrıca Azərbaycan ərazilərini tərk etməsinin gərəkliliyini kəsinliklə vurğulayırıq, Güney Azərbaycan təşkilatlarını kürd terror təşkilatları və onlara bağlı mediaları boykota dəvət edirik. Kürd terror təşkilatlarının Suriyada, İraqda türklərə və ərəblərə qarşı həyata keçirdikləri etnik təmizləmə və cinayətlərlərini göz önündə canlandıraraq, biz Vətənimiz Azərbaycanı kürd işğalından qorumaq məqsədilə millətimizi birgə mübarizəyə hazırlıqlı olmağa çağırırıq. Güney Azərbaycanda davam edən kütləvi etirazlarda millətimiz kürd terrorçu qrupların havadarlarına Azərbaycanın torpaq bütünlüyünə qarşı hər hansı şüar səsləndirmələrinə imkan verməməli və öz etirazlarına Azərbaycan Türkcəsində səsləndiridkləri “Azadlıq, Ədalət, Milli Hökumət!”, “Bu torpaqdan pay olmaz, Urmiya Kürdüstan olmaz!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, “Urmiya gölü susuzdur, Azərbaycan oyanmazsa uduzdu!”, “Nə şahçıyam, nə şeyxçi, Millətçiyəm, Millətçi!”, “Azərbaycan Milləti çəkməz bu zilləti!” şüarları ilə davam etməlidirlər.
İnanırıq ki, Türkiyə və Azərbaycan dövləti də Qərbi Azərbaycanda İran və kürd terror şəbəkələri tərəfindən həyata keçirilən çoxtərəfli terror fəaliyyətlərinə diqqətlə yanaşacaq və bölgəsəl təhlükəsizliyin təminatı üçün orada terrorçuluğun yayılmasının qarşısını alacaqlar.
Azadlıq Cəbhəsi (GAMAC)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
01/11/2022