Vaxt.Az

Ərdoğanın müşaviri polisdə


 

Mustafa Varank və jurnalist arasında foto ilə bağlı mübahisə düşüb

Ərdoğanın müşaviri polisdə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Mustafa Varank polis idarəsinə aparılıb. ANS PRESS-in məlumatına görə, hadisə Ərdoğanın Sarıyerdə keçirdiyi mitinq zamanı baş verib.

«Zaman» qəzetinin Dərviş Gənç adlı müxbiri, mitinq zamanı telefonla danışan Mustafa Varankın gizli yolla şəkilini çəkməyə çalışıb. Bunu görən Varank jurnalistə əsəbləşib və tərəflər arasında Ərdoğanın digər köməkçilərinin də iştirakı ilə mübahisə yaranıb. 

Mustafa Varank müxbirdən polisə şikayət edib. Polis isə hər iki tərəfi şöbəyə aparıb. Tərəflər polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.

 





30.03.2014    çap et  çap et