Vaxt.Az

“Büdcə zəfi”ndəki rəy ...


 

Neft-qaz hasilatında nə nəzərdə tutulub?

“Büdcə zəfi”ndəki rəy ... Azərbaycanda gələn il neft hasilatının həcminin 4,6 faiz azalacağı, əmtəəlik təbii qaz hasilatının həcminin isə 6,2 faiz artacağı nəzərdə tutulub. “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, neft-qaz sektorunda artım “mavi yanacaq” hasilatının artımı hesabına olacaq.

Qeyd edək ki,  2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton neft və 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu da 2021-ci ilin faktiki göstərici ilə müqayisədə neft hasilatında (qaz kondensatı ilə birlikdə) 0,7 faiz çox, qaz hasilatında isə 0,8 faiz azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib. Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.

 





01.11.2022    çap et  çap et