Vaxt.Az

“Daha yüksək vergilər ...”


 

Bayden neft şirkətlərini hədələdi

“Daha yüksək vergilər ...” ABŞ prezidenti böyük neft sənayesini tənqid etməyə davam edir. Co Bayden ABŞ neft şirkətlərinin həddindən artıq gəlirləri ilə bağlı Konqreslə işləyəcəyini bildirib.

“Neft şirkətləri hasilat və emal imkanlarını artırmasalar, daha yüksək vergilər və müxtəlif məhdudiyyətlərlə üzləşəcəklər. Komandam Konqreslə variantlar üzərində işləyəcək”, – Bayden deyib.

Bayden, bu şirkətlərin istehlakçıları dəstəkləmədiyini vurğulayıb.

Baydenin enerji şirkətlərinə əlavə vergilər tələbi keçən həftə “Exxon Mobil” və “Chevron” kimi şirkətlərin üçüncü rüb balans hesabatlarından sonra gündəmə gəlib.

ABŞ-ın enerji şirkəti “Exxon Mobil”in ötən həftə açıqladığı maliyyə nəticələrinə görə, şirkət ilin üçüncü rübündə rekord məbləğdə – 19,7 milyard dollar mənfəət əldə edib. “Exxon Mobil”in keçən ilin eyni dövründə qazancı 6,8 milyard dollar təşkil etmişdi.

Əsas neft istehsalçılarından biri olan “Chevron”un mənfəəti üçüncü rübdə ilin eyni dövrü ilə müqayisədə 84 faiz artaraq 11,2 milyard dollara çatıb.

 





01.11.2022    çap et  çap et