Bir tərəfdən haqlı olan Verstappenin addımı cəsarətli davranışdır. Çünki “Sky Sports” bəzi hallarda həddi aşır. Bir əməkdaşı Verstappenə oğru adlandırır. Digəri deyir ki, Verstappen maşın gücünə çempion olur, yoxsa Hamiltona çata bilməz və s. .
Onda sual verək. Mansell necə çempion olub? 5 saniyə sürətli maşınla, ya da indi demək olar çiyin-çiyinə işıədikləri Damon Hill. Əgər Uillyamsın (Williams) sürətli maşınları olmasa, indiki Strolla bərabər adam idi.
Hamiltona qalsa 7 çempionluğunun 4-ü maşına görədir. Bunlar barədə niyə danışılmır?
Maşın hesabına qazanılmayan az titul var. Məsələn, 1994 və 2000-ci illərdə Şumaxer, 2005 və 2006-da Alonso. 2007 Kimi Raikkonen, 2009-da Batton, 2008 və 2018 Hamilton. Yəni əməkdaşlarının bur cür danışığına “Sky Sports” niyə icazə verir?
Ümumilikdə Britaniya mediasını “Formula 1”ə təsirini azaltmaq lazımdır. Məsələn 2007-ci ilə Macarıstan baş verən Alonso-Hamilton mübarizəsini elə işıqlandırdılar ki, sanki bütün günahlar Alonsoda imiş.