İranda vəziyyət gərgindir, mitinq və küçə yürüşləri davam edir. Normalda İrandakı hakimiyyət hansısa islahatlar həyata keçirməlidir ki, vəziyyəti nisbətən sabitləşdirə bilsin. Ancaq İrandakı mövcud rejim islahata meylli deyil, çünki bunun sonun başlanğıcı olacağından ehtiyat edir. Belə vəziyyətdə xarici düşmənlərə ehtiyac var ki, diqqət yayınsın. İran İraqın şimalını bombaladı, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, indi də Səudiyyə Ərəbistanın hədəf götürməsi barədə xəbər yayılıb. Səudiyyə Ərəbistanı İraq deyil, İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək, ABŞ və Böyük Britaniyadan tutmuş müxtəlif ərəb ölkələri, hətta İsrailə qədər dövlətlər İranı hədəf götürəcəklər, üstəgəl İranda yaşayan ərəblər də seyrçi qalmayacaqlar.