Vaxt.Az

Qara dənizin xozeyini


 

Ərdoğan Putinə türk donanmasının nəyə qadir olduğunu xatırladıb

Qara dənizin xozeyini “Türkiyə Rusiyaya Qara dənizdə kimin “xozeyin” olduğunu və türk donanmasının nəyə qadir olduğunu xatırlatdı”. Bu sözləri publisist və politoloq Andrey Piontkovski deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə necə danışmaq gərəkdiyi ilə bağlı master-klass nümayiş etdirib: Moskva “taxıl müqaviləsi”ndən çıxdığını elan etsə də, Türkiyə tərəfi ilə danışıqlardan sonra mövqeyini kəskin dəyişib”, – politoloq belə hesab edir.

“Ərdoğanla söhbətin böyük təsiri oldu. Üstəlik, bütün qərarların və siyasi bəyanatların Türkiyə və Rusiya müdafiə nazirləri arasında təmasların nəticəsi olması əlamətdardır”, – deyə analitik bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiyaya Qara dənizdə kimin söz sahibi olduğunu və türk donanmasının nəyə qadir olduğunu xatırladıb. Ekspert qeyd edib ki, Ərdoğan regiondakı ambisiyalarını ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədiyi zaman açıq şəkildə bəyan edib.

“Putin o zaman müharibəyə getməkdən qorxurdu və indi bunun səbəbini görürük. Onda dünyanın “ikinci ordusu” ilə bağlı müzakirələr vardı, amma Rusiya ordusunun Ukraynadakı vəziyyəti Türkiyənin Cənubi Qafqazdakı rus qoşunları ilə nə edə biləcəyini göstərir. Putin qorxdu və geri çəkildi. Onunla belə danışmaq lazımdır”, – politoloq qeyd edib.

 





03.11.2022    çap et  çap et