Vaxt.Az

ÜDM-də tarixi rekord


 

Amma idxal qiymətlərində də ciddi artım var

ÜDM-də tarixi rekord “Hazırda dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, cari ilin sonuna Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 130 milyard manata çatması gözlənilir və bu da Azərbaycan tarixində ən yüksək göstəricidir”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir bildirib ki, Azərbaycanda ÜDM-də qeyr-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.

M.Cabbarov qeyd edib ki, ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Onun sözlərinə görə, ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilib. (Trend.az)

 





03.11.2022    çap et  çap et