Qurban Qurbanovun rəhbərlik etdiyi komanda G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.
Hazırda 7 xalla ikinci sırada qərarlaşan “Qarabağ” “Frayburq”u məğlub etsə, digər matçın nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksələcək.