Vaxt.Az

“Şahdəniz”in qazancı


 

Təkcə kondensatla bütün xərclər ödənilib

“Şahdəniz”in qazancı 2022-ci ilin 9 ayında bp və tərəfədaşları “Şahdəniz” yatağında 1 772 milyon dollar əməliyyat xərci hesabına 18 milyard kubmetr qaz və 27 milyon barel kondensat hasil edib.

Bu müddətdə “Şahdəniz” layihəsi üzrə kapital xərcləri ötən ilin 9 ayı ilə müqayisədə 40 faiz azalaraq 314 milyon təşkil edib.

Bu nəticəni kommersiya baxımından təhlil edərkən məlum olur ki, Azərbaycan neftinin həmin dövr üçün SOCAR tərəfindən açıqlanan orta ixrac qiyməti (hər barel üçün 107,23 dollar) ilə “Şahdəniz”dən çıxarılan kondensat hesabına 2.89 milyard gəlir əldə edilib. Yəni “Şahdəniz” layihəsi iştirakçıları təkcə kondensat satışı ilə (hətta nəqletmə xərcləri çıxdıqdan sonra qalan vəsait hesabına) özlərinin bütün xərclərini ödəmək imkanındadırlar. 

Satılan qaz isə tam mənfəət hesabına yazılır…

 





03.11.2022    çap et  çap et