Vaxt.Az

Daha bir milyarder imtina etdi


 

“Tinkoff Bank”ın qurucusu faşizmlə razılaşmır ...

Daha bir milyarder imtina etdi “Tinkoff Bank”ın qurucusu, “Forbes”un məlumatına görə 2021-ci ildə 4,7 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı iş adamları siyahısında 32-ci yerdə olan Oleq Tinkov Putin faşizmi ilə bağlı olmadığını göstərmək üçün Rusiya vətəndaşlığından imtina edib.

Keçmiş həmvətənlərinin dinc insanları öldürüb qarət etdiklərinə sakit baxa bilmədiyini yazan Oleq Tinkov Putin faşizmi ilə bağlı olmaqda ittiham olunmaq istəməyənləri ondan nümunə götürməyə çağırıb. Hələ may ayında Putini Ukraynaya qarşı müharibəyə görə sərt tənqid edən Oleq Tinkov rus xalqının hər bir fərdində imperiyaçılıq və faşizmin olduğuna görə bütün toplumun məsuliyyət daşıdığı qənaətindədir.

Oleq Tinkov Putin faşizmi ilə bağlı olmamaq üçün Rusiya vətəndaşlığından imtina edən ilk tanınmış şəxs deyil. Ən zəngin Rusiya vətəndaşlarından biri, 7.1 milyard dollar sərvəti olan Nikolay Storonski faşizmə bağlı olmadığını göstərmək üçün Rusiya vətəndaşlığından bir neçə ay öncə imtina etmişdi.

Rusiya vətəndaşlığından imtina edənlər arasında Yuri Milner, İqor və Dmitri Buxman qardaşları, Timur Turlov və çoxsaylı tanınmış iş adamları var.

 





03.11.2022    çap et  çap et