ABŞ prezidenti “nümayişçilər tezliklə azadlıq əldə edəcəklər” dedikdə İranda rejim dəyişikliyini nəzərdə tutub. Bu asan başa gəlməyəcək. Rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb, çin şüşədən çıxıb. Ağ Ev sahibi “biz İranı azad edəcəyik” dedikdə isə işin içində ABŞ və müttəfiqlərinin də olacağına işarə edir. Bircə Vaşinqton İranda 1950-ci illərin səhvini təkrarlamasın. ABŞ və Böyük Britaniya kəşfiyyatı 1953-cü ildə yerli əlaltıları vasitəsilə İranın o zamankı liberal görüşlü baş nazir Məhəmməd Müssədiqi devirərək şah rejiminin davamına üstünlük verməklə illər sonra dindarların fəallaşmasına və İslam inqilabına şərait yaratdılar.