Vaxt.Az

Pekinin Bakıya marağı artıb


 

Çin AB-Azərbaycan qaz anlaşmasının yaxından izləyir

Pekinin Bakıya marağı artıb “The China Daily Global” yazır ki, rəsmi Bakı Avropa Birliyinə bildirib ki, Azərbaycandan qaz axınının razılaşdırılmış artımını təmin etmək istəyirsə, qaz kəmərlərinə sərmayə qoyuluşunu artırmalı və qazla bağlı uzunmüddətli satınalma müqavilələri bağlamalıdır.

Əvvəllər Rusiya Avropa Birliyinin qaza olan tələbatının təxminən 40 faizini təmin edirdi. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu il bu rəqəm 10 faizdən də aşağı düşüb. İyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan təbii qazın Avropaya ixracını iki dəfə artıracaq. Azərbaycandan Avropaya  ildə ən azı 20 milyard kubmetr qazın tədarükü nəzərdə tutulub. Bu il Azərbaycan tədarükünü 40 faiz artıraraq 11,2 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen həmin vaxt çıxışında (söhbət Bakıdakı çıxışdan gedir) Azərbaycanı “etibarlı tərəfdaş” adlandırıb və ölkənin “bərpa olunan enerji sahəsində də böyük potensiala” malik olduğunu və Avropa Birliyinin Azərbaycanla günəş və külək enerjisi istehsalı sahəsində əməkdaşlıq etmək niyyətinə diqqət çəkib... 

Maraqlı olan odur ki, Çin də Avropa Birliyi ilə Azərbaycan arasında əldə olunmuş qaz anlaşmasını yaxından izləyir. Heç şübhəsiz ki, Azərbaycanın Avropa Birliyi ilə əldə etdiyi bu müqavilə ölkəmizə böyük üstünlüklər verir. İstər maliyyə, istərsə də siyasi baxımdan ölkəmizin çəkisini artırır...

O da sirr deyil ki, Çin Avropa Birliyi ilə mal mübadiləsinin böyük bir hissəsini Zəngəzur dəhlizi üzərindən həyata keçirmək əzmindədir...

 





04.11.2022    çap et  çap et