Bu barədə BFMTV kanalı NielsenIQ araşdırmasına istinadən xəbər verir.
Qeyd olunub ki, hazırda Fransız vətəndaşları üçün müxtəlif qida məhsulları əlçatmazdır.
“Qida kateqoriyasındakı fərq 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 2 bənd artıb ki, bu da sentyabr ayından bəri müşahidə edilən ən güclü artımdır. Bu tendensiya qismən salat soslarının və xardal kimi soyuq sousların çatışmazlığı ilə bağlıdır”.
Oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makron ölkə vətəndaşlarını güclənən enerji böhranı fonunda eyni həyat səviyyəsini qorumaq üçün daha çox çalışmağa çağırıb. Kim daha çox işləyəcəksə, dövlət artıq iş saatlarına görə vergi ödəməkdən azad edəcək. (Report.az)