Vaxt.Az

Rusiya hədələdi?


 

«Sadəcə, biz onlara vəziyyəti başa salmışıq»

Rusiya hədələdi? Rusiya martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qərarla bağlı keçirilən səsvermə zamanı bir sıra ölkələrin diplomatlarını hədələyib.

«Axar.az»ın «Röyter»ə istinadən məlumatına görə, Rusiyanın hədəfi Şərqi Avropa, Orta Asiya və Afrika ölkələri olub.

Adının açıqlanmasını istəməyən deputat bildirib ki, Rusiya bir sıra ölkələrin diplomatlarını Krımdakı referendumu qeyri-legitim sayan bəyanatın lehinə səs verəcəkləri təqdirdə onlara qarşı Rusiya tərəfindən sərt addımlar atılacağı ilə hədələyib.

Rusiyanın BMT-dəki nümayəndələrindən biri isə bildirib ki, heç vaxt və heç kim hədələnməyib: «Sadəcə, biz onlara vəziyyəti başa salmışıq».

 





30.03.2014    çap et  çap et