Koul bildirib ki, onun hesablamalarına görə, Çin yaxın illərdə nüvə arsenalını dörd dəfə artıracaq.
2021-ci ildə Amerika Alimləri Federasiyasının nüvə informasiya proqramının direktoru Hans Kristensen və onun həmkarı Mett Korda müxtəlif ölkələrin nüvə arsenallarının təhlili ilə bağlı hesabat təqdim ediblər. Hesabata görə, 2021-ci ilin əvvəlinə Pentaqonun sərəncamında 3800-ə yaxın operativ şəkildə yerləşdirilən və ehtiyat döyüş başlığı olub. Rusiya isə təxminən 4500-ə yaxın operativ şəkildə yerləşdirilən və hazır vəziyyətdə olan nüvə başlığına malikdir. Çində təxminən 350 döyüş başlığı var, lakin digər ekspertlər bunun 1000-ə qədər ola biləcəyini təxmin edirlər. (Report.az)