MBDA “Missile Systems” tərəfindən hazırlanan hava-yer tipli qanadlı raketi İngiltərə-Fransız hərb sənayesinin birgə istehsalıdır. Raketin fransız versiyasının qısaldılmış halda SCALP EG (Fransız Système de croisière conventionnel autonome à longue portée Emploi General – avtonom istiqamətləndirici ilə çoxməqsədli, yüksək dəqiqlikli, uzaqmənzilli qanadlı raket) adlanır.
İlk tam uğurlu sınaq 2000-ci il dekabrın sonunda Fransada həyata keçdi. 2002-ci istehsalına başlanıldı. istiqamətləndirmə sistemi, işə salındıqdan sonra trayektoriyanın hesablanması GPS sistemindən və raketin yaddaşında olan nümunə ilə hədəf bölgədəki ərazinin uyğunlaşdırılması rejimindən istifadə edən bort kompüteri tərəfindən həyata keçirilir. Uçuşun son mərhələsində hədəfi tutmaq üçün infraqırmızı başlıq işə salınır. Raket ilk dəfə Britaniya ordusu tərəfindən 2003-cü ildə İraqda istifadə edilib.