“Keçən il Kanadaya 405 mindən çox yeni sakin gəlib. Bu, bütün zamanların ən böyük illik göstəricisidir”, - deyə bəyanatda bildirilib.
2023-cü ildə ölkə hakimiyyəti miqrantlar üçün ölkəyə giriş icazələrinin sayını 465 minə, 2024-cü ildə 485 minə, 2025-ci ildə isə miqrasiya kvotasını 500 min nəfərə çatdırmağı planlaşdırır.
Bəyanatda qeyd olunur ki, yeni gələnlər Kanadanın hər yerində, o cümlədən ucqar kiçik yaşayış məntəqələrində yerləşdiriləcək.