Vaxt.Az

Şərtlər bəllidir ...


 

Rusiyanın 2, Ukraynanınsa 4 tələbi bir-birinə ziddir

Şərtlər bəllidir ... ABŞ-ın nüfuzlu “The National Interest” nəşri Rusiya-Ukrayna müharibəsini sonlandırmaq üçün tərəflərin edə biləcəyi təkliflərə dair məqalə yayımlayıb. Məqalədən bəzi hissələri təqdim edirik:

Kremlin Ukrayna ilə danışıq şərtindən biri odur ki, Qərb Rusiyanın maraqlarını və onun təhlükəsizliyini tam nəzərə almalıdır.

Kremlin ikinci şərti budur ki, Qərb həmin razılaşma təklifini Ukraynanın qəbul etməsinə nail olmalıdır. Digər tərəfdən, Rusiya Qərbi ərazi işğalının minimal həddi ilə razı salmağa çalışır.

Ukraynanın təkliflərinə gəlincə, bunu 4 qrupda təsnif etmək olar.

Birinci, Rusiya öz qoşunlarını Rusiya-Ukrayna sərhədindən 250 kilometr aralı çəkməlidir.

İkinci, Rusiya Belarusdakı qoşunlarını çıxarılmalıdır.

Üçüncü, Rusiya Dnestryanıdan (Moldova) qüvvələrini çıxarmalıdır.

Dördüncü, Ukrayna öz limanlarında Rusiya donanmasının blokadasına və Rusiyanın həmin ərazilərdə ticarət tranziti kimi istifadə etməsinə son qoyulmasını istəyir.

Qənaətimə gəlincə, hesab edirəm ki, bu, müharibəyə son qoya biləcək variantlar deyil. 

Ukraynanın təklifləri ərazi suverenliyinə əsaslanır, Rusiya isə öz mövqeyini strateji təhlükəsizlik məntiqi ilə irəli sürür.

Konseptual olaraq bəzi bəndlər cəlbedici görünsə də, nə Rusiya, nə də Ukrayna bu şərtlərlə güzəştə getmək niyyətindədir. Ona görə də hər ikisi döyüş meydanında mübarizəni davam etdirməyə üstünlük verir!

 





04.11.2022    çap et  çap et