Vaxt.Az
«NATO genişlənəcək»
«Bu iş hələ yekunlaşmayıb»
NATO-nun baş katibi Anders Foq Rasmussen Şimali Atlantika alyansının genişlənməsi prosesinin davam edəcəyini bildirib. Musavat.com-un «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, baş katib Şərqi Avropa ölkələrinin təşkilata üzvlüyünü «gözəl uğur» adlandırsa da, NATO-nun işinin hələ yekunlaşmadığını deyib.
Qeyd edək ki, hazırda Bosniya və
Hersoqovina, Makedoniya, Çernoqoriya və Gürcüstan alyansa qəbul olunmaq
istəyir.
Rasmissen Ukrayna ilə tərəfdaşlıq
əlaqələrinin daim möhkəmləndiriləcəyini söyləyib. O, bir daha Rusiyanın
Krımdakı hərəkətlərini beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyü və
suverenliyinin pozuntusu kimi qiymətləndirib.
30.03.2014
çap et