Bir neçə şəxslə yanaşı, Amerikanın yeni sanksiyaları İran, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Türkiyə və Marşal adalarında bir neçə şirkəti hədəf alıb.
Bu sanksiyalara əsasən, sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin Amerikadakı aktivləri bloklanır və onlarla ticarət etmək qadağandır.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken verdiyi açıqlamada sanksiya tətbiq edilən şəbəkənin SEPAH Qüds Qüvvələri və Hizbullaha yüz milyonlarla dollar neft satmağa imkan verdiyini bildirib.
Amerika maliyyə nazirinin müavini Brayan Nelson enerji bazarı fəallarından SEPAH və “Hizbullah”ın Qüds Qüvvələrinin neft qaçaqmalçılığı yolu ilə gəlir əldə etmək səylərinə qarşı diqqətli olmalarını istəyib.