Repressiyalara qarşı çıxdığı üçün Zəngan Universitetinin rektoru Cəlal Bazərqan istefaya göndərilib. Fars-molla polis və təhlükəsizlik qüvvələrinin universitetə girişinə və tələbələri həbs etməsinə mane olduğu üçün rektorun işinin dayandırılması barədə qərar verib.Onun hökumət qüvvələrinin Universitetə hücumu zamanı qapıların bağlanmasına göstəriş verdiyi və məmurların qapıları açmaq tələbini yerinə yetirmədiyi bildirilir.
Qeyd edək ki, bu günə kimi saxlanılan yüzlərlə tələbədən 385 nəfərinin kimliyi dəqiqləşdirilə bilib.
çap et