Vaxt.Az

Pelosi ilə Rəisinin baxışları ...


 

... Yaxud ABŞ-ın İranla hansı ortaq mövqeyi ola bilər?

Pelosi ilə Rəisinin baxışları ... Ermənistanda baş nazir Nikol Paşinyana qarşı müxalifətin birgə mitinqlərini təşkil edənlərdən biri daşnak İşhan Saqatelyandır. O İrəvanda müxalifətin 5 noyabr mitinqindəki çıxışında Ermənistan və Qarabağ uğurundakı mübarizənin növbəti mərhələsini bu şəkildə izah edib: “Biz bu mitinqlə milli birliyin Xankəndi-İrəvan-Moskva-Loc-Anceles-Beyrut-Gümrü-Toronto-Nyu-York-Afina-Sünik-Tehran mübarizənin əsasını qoyuruq”.

Müxalif daşnak Azərbaycanın ərazi bütövlüyünə qarşı mübarizədə 10 şəhərin adını çəkib. Bu şəhərlərdə həm ermənilər yaşayır, həm də erməni separatçılığına dəstək var. Ən maraqlısı odur ki erməni separatizminə dəstək Amerika şəhərlərinin Tehranla ortaq mövqeyini ehtiva edir. Bu məntiq hazırkı ABŞ-İran qarşıdurmasına zidd olsa da, erməni məsələsində doğruluğunu sübut edir. Misal üçün ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə İran prezidenti İbrahim Rəisinin Ermənistana dəstək məsələsində baxışları üst-üstə düşür.

 





06.11.2022    çap et  çap et