Vaxt.Az

Erməniyə imtiyaz, türkə söz ...


 

“Azərbaycanın varlığı İranı hər zaman narahat edib”

Erməniyə imtiyaz, türkə söz ... Özünü İslam dövləti elan etsə də, əməldə daha çox qeyri-dinlərə meylli olan molla rejimi bizi heç sevmədi. Erməni vətəndaşlarına bütün imtiyazları verən və Ermənistana hər cür dəstəyi göstərən bu dövlət söhbət Azərbaycan və azərbaycanlıdan gedəndə bircə dilinə güc verir. Daim gözü yumulur, ağzı açılı və yalnız qadağa, məhdudiyyət, hərbə-zorbalar işə düşür.

Əslən Güney Azərbaycanlı olan, hazırda isə Türkiyədə yaşayan Ağrı Qaradağlı deyir ki, Azərbaycanın varlığı İranı hər zaman narahat edib. Molla rejimi indi yox, hələ Birinci Qarabağ müharibəsindən  Ermənistana dəstək verir.

Ağrı Qaradağlı deyir ki, molla rejiminin bu yanaşmasına Güneydəki azərbaycanlılar həmişə etiraz ediblər. Aralarında bu mövqeyinə görə hətta həbs edilənlər də olub. Lakin onlar düz bildiklərindən geri çəkilmirlər. Etirazlar hələ də davam edir.

Ağrı Qaradağlının sözlərinə görə, Güney Azərbaycan Milli Hərəkatında olan soydaşlarımızın əsas hədəfi bütöv Azərbaycandır.

 





06.11.2022    çap et  çap et