Oktyabrın 5-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Tehranın Moskvaya hər hansısa pilotsuz uçuş aparatı verməsini qətiyyətlə inkar etmiş və bu məlumatları uydurma adlandırmışdı. Oktyabrın 16-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Portuqaliyanın xarici işlər naziri Juan Qomes Kravinyo (Joao Gomes Cravinho) ilə telefon danışığı zamanı ölkəsinin Rusiyaya hərbi yardım göstərmədiyini və Ukraynaya qarşı müharibədə istifadə olunan kamikadze dronlarını, o cümlədən “Şahed-136” pilotsuz uçuş aparatları verməsini təkzib edib. Portuqaliyalı nazir iranlı həmkarının sözlərinə şübhə etdiyini bildirsə də, Tehran rejimin təmsilçisi Rusiyaya yardım etmələrini qətiyyətlə təkzib etməkdə davam etmişdi. Oktyabrın 20-də İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Tehranın Rusiyaya dronlar verməsi haqqında məlumatları qətiyyətlə rədd edərək bu məlumatları dezinformasiya adlandırmışdı.
Oktyabrın 28-də İran və Ukrayna xarici işlər nazirləri Dmitri Kuleba arasında telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyaya dron verdiklərini inkar etmişdi.
Teokratik rejimin təmsilçiləri ilə yanaşı Rusiya rəsmiləri də Tehranın Moskvaya dron verdiyini qətiyyətlə inkar edirdi. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov İranın Rusiyaya dron verməsi haqqında məlumatları informasiya müharibəsinin elementi kimi dəyərləndirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da oktyabrın 20-də keçirdiyi brifinqdə deyib ki, o, “həm bizə, həm də Tehrana qarşı irəli sürülən iddiaları şərh etməyə ehtiyac görmədiyini, bütün bunların əsassız və reallıqdan uzaq fərziyyə adlandırmışdı.
Bütün bunlardan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Moskvaya dronlar verdiyini etiraf etdiyini etiraf etməsi sıradan bir məsələ deyil. Teokratik rejimi geri addım atmağa vadar edən səbəb Qərbin İranın üç yüksək rütbəli rəsmisinə və bir şirkətinə qarşı sanksiya tətbiq etməsi deyil.
Teokratik rejimi geri addım atmağa vadar edən səbəb ABŞ prezidenti Co Baydenin Demokrataların qalası hesab olunan Kaliforniyada vətəndaşlar qarşısında çıxış edərkən “Narahat olmayın, biz İranı azad edəcəyik” açıqlamasıdır. Doğrudur, bu sözlərin ardınca Co Baydenin “Onlar tezliklə özlərini azad edəcəklər” kimi fikir də səsləndirib. Ancaq qənaət var ki, birinci ifadə ABŞ-ın hansısa planı olduğundan xəbər verir. İkinci ifadə isə prezidentin dilindən qaçırtdığı məlumatın təkzib edilməsinə xidmət edir.
Belə məlumatlar var ki, Vaşinqton İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün uzun müddətdən bəri görmək istədiyi tədbirlərə qoyduğu qadağanı ləğv edib. Üstəlik özünün də regiondakı hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirib.
Tehran artıq Moskvanın onu müdafiə etmək imkanında olmadığını, Çinin Qərblə qarşı-qarşıya gəlmək istəmədiyini anlayıb. Tehranda anlayırlar ki, belə vəziyyətdə ABŞ və müttəfiqləri bir neçə saat ərzində teokratik rejimin hərbi gücünü məhv edəcək. Hərbi gücü və komanda məntəqələri məhv edildikdən sonra teokratik rejim dağılacaq.
Teokratik rejim belə bir aqibətdən yayınmaq üçün geri addım ataraq Rusiyaya dron verdiyini etiraf edir. Üstəlik də bunun Ukraynaya qarşı müharibədən öncə baş verdiyini, Ukraynaya qarşı olmadığını ifadə etməklə məsuliyyəti Rusiyanın üzərinə atır.
Bu etiraf teokratik rejimi xilas edəcəkmi?
Qənaətimcə teokratik rejimi artıq heç nə xilas edə bilməz.