Məqalənin müəllifi Jo Kroulinin sözlərinə görə, Hidayət Heydərova bütün Azərbaycan xalqı pərəstiş edir: “O, hər zaman gülümsəyir və pozitivliyi ilə həvəskarlara maraqlı cüdo üslubu nümayiş etdirir.
Reytinq xallarına görə dünyada üçüncü və öz çəki dərəcəsində favorit olan Hidayət izdihamlı alqışlar altında finala yüksəldi. Belə ki, Azərbaycan idmançısı yarım finalda ispaniyalı Salvador Rokanı məğlub etdi və həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəldi. Rəqibini “ippon” la məğlub edən Heydərov qızıl medala sahib oldu. Margelidon və Hidayət azərkeşlərin izdihamı qarşısında qızıl uğrunda vuruşurdular. Görüşün əvvəlindən o ev sahibi ölkə olduğu üçün kanadalı idmançıya önə çıxmağa icazə vermirdi və nəticədə o, kəskin və çox gözəl şəkildə “kata-quruma” fəndindən istifadə edərək “ippon”la qələbə qazandı. Hidayət əvvəldən qızıla iddia edirdi və təmiz qələbə ilə günü başa vurdu”.