Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.
Rusiya yüksək dəqiqlikli hərbi sursatlar arsenalının tükənməsi problemini həll etmək üçün İran istehsalı silah sistemləri alır. Təhlilçilər fikrincə, Tehran hökuməti, çox güman ki, öz nüvə proqramını reallaşdırmasında yardım etməsi barədə Moskvaya müraciət etmək üçün artıq Rusiyanın İran istehsalı silahlardan asılılığından istifadə edir:
“Nüvə sahəsində yardım xahişi və PUA tədarükünün etirafı - hər ikisi onu göstərir ki, İran rəsmiləri, çox güman ki, Rusiya ilə bərabərhüquqlu tərəfdaş olacaqları ikitərəfli təhlükəsizlik münasibətlərini daha dəqiq müəyyən etmək niyyətindədirlər”. (Report.az)