Siirtin şəhərinin Tillo Seçki Dairesinindən (Aydınlar) Səadət Partiyasının Bələdiyyə seçkilərindəki namizədi Bəhmən Aydın evinin qarşısında silahlı hücum nəticəsində öldürülüb. Vaxt.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən olayda 5 kişinin də yaralandığı söylənilir.
Səadət Partiyasının mərhum namizədi Bəhmən Aydın seçkilərdə 39 faiz səs yığaraq ikinci nəticəni göstərmişdi. Həmin dairədə 50 seçki məntəqəsində qalib gəlməklə bələdiyyə sədrliyini qazanan AKP-li Mehmet Mesut Memduhoğlu isə seçicilərin 50 faiz səs toplamışdı. Həmin dairədə BDP-nin namizədi isə 10 faiz səslə üçüncü olmuşdu.
çap et