Vaxt.Az

Güzəştsiz liderin imici


 

Xersonun azadlığı iki xarakterdən birini yox edəcək

Güzəştsiz liderin imici İndoneziyada gələn həftə “böyük iyirmilərin” zirvə toplantısı keçiriləcək. Rusiya və Ukrayna prezidentləri də toplantıya dəvətlidirlər. Ancaq Rusiya prezidenti Vladimir Putinin toplantıya qatılıb-qatılmayacağı hələ bəlli deyil. Putin gözləmə mövqeyindədir, götür-qoy edir. Putin İndoneziyaya getməyə qərar versə də, Qərb liderlərindən kimsə onunla görüşməyəcək, onunla birgə foto çəkdirməyəcəklər. Ukrayna prezidenti Vladimir Zelenski elan edib ki, Putin İndoneziyaya getsə, o toplantıya qatılmayacaq.

Vaşinqtonda düşünürlər ki, Rusiyanın işğal etdiyi Xerson bölgəsini itirməsi halında danışıqlar üçün zəmin yaranacaq. Bu o qədər də ağlabatan deyil. Birincisi, Putin saxta referendum yolu ilə Xersonu Rusiyaya birləşdirib. Ukrayna ordusu Xersonu azad edərsə bu Rusiyada Putinin reytinqinə və imicinə ciddi zərbə vuracaq. Belə olan halda Putinin sülh danışıqlarına razılaşması onun geri çəkilməsi kimi qiymətləndiriləcək. Putin isə hakimiyyətdə olduğu 20 ildən çox zaman kəsiyində güzəştsiz siyasətçi kimi yadda qalıb. Buna baxmayaraq, Ukrayna ordusu əks-hücumlarının kəsəri artmaqdadır və gec-tez Rusiyaya birləşdirilən əraziləri azad edəcək.

 





07.11.2022    çap et  çap et