Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
O qeyd edib ki, bu ilki Zəfər günü çox böyük bir hadisədir.
“Çünki artıq 30 il sonra Zəfər gününü keçmiş məcburi köçkünlərlər birlikdə Zəngilan rayonun Ağalı kəndində qeyd edəcəyik. Buna görə də kifayət qədər böyük proqram hazırlanıb”, – deyə Vahid Hacıyev vurğulayıb.
Müharibədən sonra görülən işlərdən bəhs edən V.Hacıyev irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirildiyini bildirib.
“Biz həmin ərazilərə gələndə düşmən bu əraziləri hansı vəziyyəti qoymuşdu artıq hər kəsə məlumdur. Təbiəti yenidən canlandırmaq və Zəngilanı həmin simasına qaytarmaq üçün kifayət qədər böyük işlər görülür. Neçə il ərzində biz hər bir fürsətdən istifadə edib əlavə ağacların əkilməsi aksiyası həyata keçiririk. Horadiz-Ağbənd dəmiryolu tikilir və gələn ilin sonuna qədər təmiri yekunlaşacaq. Digər böyük infrastruktur layihələri həyata keçirilir. Məhz keçmiş məcburi köçkünlərin ilk köçürülməsi Zəngilanın Ağalı kəndinə oldu. Onlar bizimlə birgə Zəngilanın inkişafına öz töhfələrini verirlər. Bu iki il ərzində böyük layihələr artıq yekunlaşıb və digər layihələr isə sürətlə gedir”, - deyə o vurğulayıb.
Ağalı kəndində məşğulluqdan danışan V.Hacıyev bildirib ki, kifayət qədər çox iş yeri mövcuddur.
“Dövlət qurumları artıq öz fəaliyyətlərinə başlayıb. İnsanların dövlət qurumlarına əlçatanlığının yaradılması məqsədilə xidmətlər mövcuddur. Həmin iş yerlərində Ağalı kəndinin sakinləri çalışır. Bu ancaq daxildə olan iş yerləridir. Ətrafda olan iş yerləri daha da çoxdur. Holdinqlər, aqroparklar var. Tikinti işlərində mindən çox insan çalışır”, - deyə o əlavə edib. (Trend.az)