Vaxt.Az

“Ciddi şəkildə məşğul olun”


 

İran qanunvericiləri “üsyançıların” sərt cəzalandırılmasını tələb edirlər

“Ciddi şəkildə məşğul olun” İranda sərt xətt tərəfdarı qanunvericilər İslam Respublikasının son illərdə ən böyük narazılığın nümayiş etdirildiyi etirazları yatırmağa çalışdığı vaxt noyabrın 6-da ədliyyə orqanlarını iğtişaşların səbəbkarları ilə “ciddi şəkildə məşğul olmağa” çağırıblar.

Qanunvericilərin dövlət mediasının istinad etdiyi bəyanatına əsasən, İranın sərt xətt tərəfdarlarının rəhbərlik etdiyi 290 yerlik parlamentindən olan 227 millət vəkilinin əksəriyyəti ədliyyə orqanlarına müraciət edib.

Bu arada, İranda insan hüquqlarının durumu ilə bağlı xəbərlər yayan HRANA xəbər agentliyi noyabrın 5-nə olan məlumata görə, iğtişaşlarda 49 azyaşlı daxil olmaqla 318 etirazçının öldürüldüyünü bildirib. Agentlik təhlükəsizlik qüvvələrinin də 38 üzvünün öldürüldüyünü əlavə edib.

İranda sentyabr ayında qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra hökumət əleyhinə kütləvi nümayişlər başlayıb.

Polis Əminin infarkt keçirdiyini bildirib. Əminin ailəsi isə onun heç vaxt ürəyində problem olmadığını bildirir.

İnsan hüquqları qrupları etirazlar zamanı 200-dən çox insanın öldüyünü, yüzlərlə, hətta minlərlə insanın həbs edildiyini bildirir.

Dövlət mediası keçən ay polis də daxil olmaqla, təhlükəsizlik qüvvələrinin 46-dan çox əməkdaşının öldürüldüyünü bildirib. Hökumət rəsmiləri daha artıq ölüm halları ehtimalı ilə bağlı açıqlama verməyiblər.

 





07.11.2022    çap et  çap et