Vaxt.Az

“Tək nəfəs yolu”nun tıxanması


 

Türkiyə Rusiya gəmilərini Qara dənizə buraxmadı

“Tək nəfəs yolu”nun tıxanması Türkiyə Rusiyanın Sakit Okean flotuna məxsus “Varyaq” və böyük sualtı qayıq əleyhinə gəmisi “Admiral Tribus”u Qara dənizə buraxmayıb. Bu hərbi gəmilər, Vladivostokdan Aralıq dənizinə üzüb gəlmişdilər və planlaşdırılmışdı ki, Bosfor boğazından Qara Dənizə keçməklə Ukraynanı bombalamaqda iştirak etsinlər. Türkiyə son anda Rusiyanın bu planını pozdu. Moskvanın xahişlər və təkidlərinə baxılmadı. Hərbi gəmilər geri dönüb Vladivostoka qayıdır.

Bundan əvvəl də, Türkiyə rəsmi nümayəndələri Nyu-Yorkda BMT və Ukraynanın təmsilçiləri ilə Ukrayna taxılının Qara Dəniz yolu ilə çıxarılması məsələsini müzakirə ediblər. Bu dəfə Rusiyanın bu müzakirələrdə iştirakına ehtiyac bilinmədən. Kremlin bu prosesdəki zərərli mövqeyinə görə. 

Rusiyanın bu, son dövr Cənubi Qafqaz və əsas da Qarabağ, Xankəndi bölgəsində Azərbaycan suverenliyinə və təbii ki, Türkiyənin də mövqeyi əksinə atdığı zərərli addımları da nəzərə alsaq, gedişat Rusiyanın Türkiyə ilə münasibətlərinin soyuqluğuna doğrudur. Rusiyanın regionda bir normal, Qərblə, Ukrayna ilə çətin qarşıdurması günündə yeganə “işıq, nəfəs yolu” olan, qonşu Türkiyə idi. Onunla da münasibətini xarab etsə, Moskvanın, Kremlin aqibəti nə olacaq, sualdır...

 





08.11.2022    çap et  çap et